Qonaqların hamısı İrəvanda - Putindən başqa...


Sabah, 1 oktyabrda Ermənistan paytaxtında keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının toplantısında iştirak edəcək qonaqlar demək olar ki, hamısı İrəvana gəlib, təkcə Rusiya prezidenti Vladimir Putindən başqa. Hətta Ermənistana qonşu İranın prezidenti Həsən Ruhani da İrəvanda gecələməyə qərar verib. Putin isə əvvəlcədən yazılanlara uyğun olaraq, Ermənistana məhz iclas günü gəlməyə qərar verib.

Erməni mediasına istinadən xəbər verir ki, Rusiya prezidenti Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməyə qərar verib. Putinin İrəvanda cəmi bir neçə saat qalacağı və Robert Köçəryanı həbsdən azad etmədiyi üçün Paşinyanla təkbətək görüşməyərək Moskvaya qayıdacağı bildirilirdi. Maraqlısı budur ki, səhhətində problem yarandığı üçün tibb məntəqəsinə aparılan Köçəryan elə həmin gün, Putinin gəlişindən bir gün qabaq təcridxanaya qaytarılıb. İstisna deyil ki, Putin-Paşinyan görüşündə əsas müzakirə mövzusu Köçəryanın azadlığı olacaq. Hətta o da istisna olunmur ki, Putin əvvəlcədən mətbuata sızdırdığı kimi, Robert Köçəryanla həbsxanada görüşsün. Bu mənada Paşinyan üçün olduqca həyəcanlı saatlardır.

V.Putin isə Ermənistanda iranlı həmkarı ilə də bir araya gələcək və danışıqlar aparacaq.

Xatırladaq ki, iclasda İran, Rusiya, Belorus, Qazaxıstan, Qırğızıstan və Moldova prezidentləri, eyni zamanda Sinqapurun baş naziri iştirak edəcək. İran və Sinqapur rəhbərləri tədbirə qonaq qismində qatılacaqlar.//musavat.com

DİGƏR XƏBƏRLƏR

Top