Dağıstandakı toy iki dünya rekordu qırdı, "Vağzalı" da çaldılar - VİDEO


Dərbənddəki böyük Dağıstan toyu iki dünya rekordu qırıb.

Toy iki amilə görə "Ginnesin Rekordlar Kitabı"na düşüb: ən çoxmiullətli və ən çox qonağın gəldiyi toy mərasimi kimi.

Tədbirdə Dağıstanın on altı əsas millətindən olan 30 cütlük nikaha girib. Mərasimdə on mindən çox qonaq iştirak edib.

 

Ən cavan cütlük Aqdınbek Aydınbekovla Kamilə Gözəlova olub. Eyni zamanda 60 il birgə həyatını qeyd edən ailə də toyda iştirak edib.

Tədbirin təşəbbüskarı Şəhər dairəsinin başçısı Xizri Abakarov olub.

"Bu, şəhərin inkişafında yeni mərhələdir. Buna görə Dağıstanın rəhbəri Vladimir Vasilyeviçə və Rusiya Federasiyası Federal Şurasının üzvü Süleyman Kərimova təşəkkür düşür", - Abakarov qeyd edib.//Sputnik-Azərbaycan

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top