Ağac kəsən fermerin işi prokurorluğa göndərildi


“Əkinçi BO Fermer Təsərrüfatı” MMC tərəfindən Ağcabədi rayonunun Harami düzündə aqroparkın yaradılması məqsədilə suvarma sisteminin quraşdırılması zamanı tikinti altına düşəcək ağacların məhv edildiyi aşkar olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, faktla bağlı MMC barəsində ağacların köçürülməsinə aid verilən icazəyə əməl edilmədiyinə görə akt tərtib olunub və təbiətə 37650 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağcabədi rayon Prokurorluğuna göndərilib.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top