Milli Qəhrəmanlar Qarabağ qazilərinin döyülməsini PİSLƏDİLƏR


Artıq bir neçə gündür ki, Bakının Binəqədi rayonu ərazisində Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) mühafizəçiləri ilə bir qrup Qarabağ əlili arasında insident yaşanır. İnsident zamanı hər iki tərəfdən xəsarət alanlar və müxtəlif xəstəxanalara yerləşdirilənlər var.

Olaya səbəb Qarabağ qazisinin ərazidə tikilən evinin SOCAR əməkdaşları tərəfindən sökülməsi olub.

Yeniavaz.com xəbər verir ki, modern.az saytı yaşanan hadisələrlə bağlı vaxtı ilə Qarabağ uğrunda döyüşlərdə ad-san qazanmış Milli Qəhrəmanlardan münasibət öyrənib.

Maşallah Abdulalyev: “Məsələdən xəbərim yox idi, eşitdim və çox narahatam. Qarabağ əlilini ilk növbədə dinləmək lazımdır. Əgər yalnışı varsa, demək lazımdır ki, “səhvin var, düzgün yolda deyilsən”. Yəni sözlə başa salmaq lazımdır, dava-dalaş nəyə gərəkdir? Yeri gəlsə, onlara adlarına görə güzəşt etmək lazımdır, əl qaldırmaq nə deməkdir?”.

Məhəmməd Həsənov: “Əgər kimsə Qarabağ qazisinə əl qaldırıbsa, ümumiyyətlə həyatda nə etdiyini bilmir. Bu hərəkət insanlığa sığmayan davranışdır”.

Vahid Quliyev: “Vətən uğrunda döyüşən hər bir şəxsə bütün xalqın böyük hörməti olmalıdır. Qaldı ki, Qarabağ qazilərinə - onlar bizim başımızın tacıdır. Vaxtilə vətən uğrunda döyüşmüş şəxsləri indi hansısa qurum əməkdaşlarının döyməsi  yolverilməzdir. Əvvəla həmin işçilər kimdir ki, hansısa vətəndaşı döyə və yaxud yaşadığı evi, hasarı sökələr? Bu işi icra etmək üçün aidiyyəti orqanlar, məhkəmə var. Əgər məhkəmənin qərarı olarsa, icraçı orqanlar lazımi işi görər”.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top