İstanbul zəlzələsinin yeni görüntüləri - VİDEO


Bir neçə gün əvvəl Türkiyənin İstanbul şəhərində baş verən zəlzələdə hava limanı işçisinin qadını qoruduğu görüntülər gündəm olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hava limanı işçisi zəlzələ anında nümunəvi addım atıb. O, zəlzələ baş verən vaxt qadın sərnişini qucaqlayaraq iş stolunun altına girib. Hava limanı işçisinin stolun altında yaşlı qadını əlləri ilə qorumağa çalışması da diqqətlərdən qaçmayıb.
Qeyd edək ki, bir neçə gün öncə İstanbulda 5.8 bal gücündə zəlzələ baş vermişdi. Dağıntı və yaralananlar olmasa da zəlzələ gün ərzində bir neçə dəfə təkrarlanaraq qorxuya səbəb olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top