Masazır sakinləri "zibilə düşüb" - VİDEO


Abşeron rayonu Masazır qəsəbəsində Bakı və digər yerlərdən gələn şəxslərin zibil qutularına tullantılar atıldığı üçün zibil qutuları yığışdırılıb.
Sakinlərə isə qara torbalar verilib ki, tullantıları ora yığıb yol kənarına və ya həyətlərin qarşısına qoysunlar.
Yeniavaz.com "ARB xəbərlər"ə istinadən xəbər verir ki, nəticədə ərazidə xaos yaranıb. Ərazidə çəkiliş aparan ARB TV-nin əməkdaşları Masazır qəsəbəsinin ana yolu olan Əliağa Vahid küçəsində apardıqları çəkiliş zamanı sözügedən qara torbaların olmadığını və günlərlə yığılıb qalmış tullantıların şahidi olublar.
Masazır Bələdiyyə sədri Siyanfər Əliyev zibil qutuların həddindən artıq dolduğu və Bakı şəhər sakinlərinin avtomobillə keçərək  həmin qutulara zibil atdığı üçün belə bir addım atıldığını deyib. S.Əliyev eyni zamanda bu qutuların yalnız Masazır sakinləri üçün nəzərdə tutulduğunu və Bakı şəhərindən gələn şəxslərin bu qutulara zibil atmamalı oluğunu vurğulayıb.
Yeniavaz.com sözügedən videonu təqdim edir:
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top