Sabah Azərbaycanda 10 ildən bir baş tutan çox mühim bir tədbirə start veriləcək


Sabah Azərbaycanda əhalinin siyahıyaalınmasına başanılacaq.
Yeniavaz.com xəbər verir ki, əhalinin siyahıyaalınması 10 gün davam edəcək.
Oktayabr ayının 10-da yekunlaşacaq əhalinin siyahıyaalınması müstəqillik əldə etdikdən sonra baş tutan sayca 3-cü siyahıyaalınma olacaq. Bundan əvvılki əhalinin siyahıyaalınması 1999 və 2009-cu illərdə keçirilib.
Əhalinin siyahıyaalınması ilə bağlı mətbuata verdiyi açıqlamada Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, əhatəliliyinə və miqyasına görə 3-cü siyahıyaalma əvvəlkilərindən keyfiyyətcə fərqlənəcək.
Komitə sədri deyib ki, 1999-cu ildə keçirilmiş əhalinin ilk siyahıyaalınmasında tərtib edilmiş sorğu vərəqəsində 17 sual və siyahıyaalma vərəqəsində 4 sual olmaqla cəmi 21 sual qeyd edilmişdir: "2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasında 29 sual sorğu vərəqəsində və 6 sual siyahıyaalma vərəqəsində olmaqla ümumilikdə 35 sual öz əksini tapmışdır. Cari siyahıyaalmada isə sorğu vərəqəsində 46 sual, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla ümumilikdə 52 sual öz əksini tapmışdır. Qeyd etməliyəm ki, bu ilin oktyabrında keçiriləcək siyahıyaalmada suallar öz əhatəliliyi, miqyasına görə keçirilmiş digər iki siyahıyaalmada tərtib olunmuş suallardan fərqlənir. Belə ki, bu il keçiriləcək siyahıyaalmada əvvəlki iki siyahıyaalmadan fərqli olaraq, suallar daha geniş formada tətbiq edilməklə yanaşı, ilk dəfə olaraq insanların sağlamlığı, eləcə də əlilliyi və sağlamlıq imkanlarında məhdudluqla bağlı suallar öz əksini tapmışdır. Bu suallarda ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə, məşğulluğuna və əhalinin siyahıyaalınması çərçivəsində toplanan digər göstəricilərə dair məlumatlar şəhər və rayonlar, eləcə də yaş qrupları üzrə əldə ediləcək".
Tahir Budaqov bildirib ki, siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları Siyahıyaalma qrupuna təhvil veriləcək, sonrakı mərhələdə isə bu proses üçün işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə məntiqi yoxlanılması prosesi başlanacaq və bu 2020-ci ili əhatə edəcək: "Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin sonunadək nəzərdə tutulmuşdur".

DİGƏR XƏBƏRLƏR

Top