MSK-dan Cəbrayılovla bağlı AÇIQLAMA


Xəbər verdiyimiz kimi, millət vəkili Rafael Cəbrayılov mandatından imtina etməsi ilə bağlı parlamentə müraciət edib. Protokol qaydasına əsasən, qərar qəbul olunması üçün Mərkəzi Seçki Komissiyasına (MSK)  göndərilib. 

Yeniavaz.com xəbər verir ki, MSK-nın sözçüsü Şahin Əsədli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hələ ki, sözügedən məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət daxil olmayıb:

“Müraciət daxil olandan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq, baxılıb müvafiq qərar veriləcək".

Xatırladaq ki, Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoyaraq 2015-ci ildə 300 min ABŞ dolları məbləğində borc alıb. Məsələ mətbuatda işıqlandırıldıqdan sonra geniş müzakirələrə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top