Vergilər Nazirliyi 2,7 milyon manat ödəyib bu şirkətdən məsələhət alacaq


Azərbaycan Vergilər Nazirliyi ABŞ-ın "McKinsey" şirkətilə 2 milyon 707 min 999,7 min manatlıq müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bağlanmış müqaviləyə görə "McKinsey" şirkəti Vergilər Nazirliyinə "Azərbaycanın vergi sisteminin diaqnostikası" mövzusunda ekspertiza-məsləhət xidmətləri göstərəcək.
Qeyd edək ki, "McKinsey" şirkəti 1926-cı ildə Ceymis Oskar Makkinizi  tərəfindən qurulan "McKinsey" şirkətinin dünyanın 60-dan çox ölkəsində, o cümlədən də Azərbaycanda yerli şöbəsi fəaliyyət göstərir. Ümumilikdə "McKinsey" şirkətinin 27 mindən çox işçisinin olduğu bildirilir.
Məlumat üçün bildirək ki, "McKinsey" şirkəti daha əvvəl də Azərbaycan hökumətinə bir-sıra mövzularda məsləhətlər verib.
"McKinsey" şirkətinin rəhbəri Dominik Barton 2013-cü ildə Azərbaycana səfər edib və Prezident İlham Əliyevin qəbulunda olub. Daha sonra Azərbaycanda - Səbail rayonu, Nizami küçəsi ev 90A ünvanında filial açıb. Köksoy Kadir Sinan adlı Türkiyə vətəndaşı isə şirkətin ölkəmizdəki qanuni təmsilçisi olub.
2016-cı ildə qəbul edilən "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin hazırlanmasında məsləhətçi olaraq "McKinsey" şirkəti cəlb olunub.
Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin yanvar ayında Davos şəhərinə səfəri zamanı "McKinsey" şirkətinin icraçı direktoru Dominik Barton ilə yenidən görüşüb.
Həmin görüşdə Dominik Barton bildirib ki, təmsil etdiyi şirkət 20-yə yaxın layihədə, o cümlədən "Strateji Yol Xəritəsinin" hazırlanmasında iştirak edib.
Bundan başqa Dövlət İcbari Tibbi Sığorta Agentliyi "McKinsey" şirkətini Azərbaycanda icbari tibbi sığortanın ümumi tətbiqi üzrə məsləhətçi kimi cəlb edib. Bu məqsədlə prezident İlham Əliyev 19 iyul tarixində dövlət büdcəsindən 1,3 milyon manat ayırıb.
Onu da bildirək ki, bir-çox ekspertlər "McKinsey" şirkətinin fəaliyyətini cidd tənqid edirlər. Bildirilir ki, "McKinsey" şirkətinin məsləhətçisi olduğu ölkələrdə ciddi iqtisadi uğurlara nail olunmadığını qeyd edirlər.
Maraqlıdır ki, "McKinsey" şirkəti rəsmi-veb səhifəsində xidmət göstərdiyi ölkələrin adlarını açıqlamır və səbəb kimi müştərilərin maraqlarının qorunmasını göstərir.
Lakin, mətbuatda yer alan məlumatlardan belə görünür ki, "McKinsey" şirkətinin əməkdaşlıq etdiyi ölkələr arasında Türkiyə, Rusiya, Livan, Səudiyyə Ərəbistanı, Azərbaycan, Pakistan, Myanma, Porto Riko kimi ölkələr yer alır. Son illər adıçəkilən bu ölkələrinin bir-çoxunda iqtisadi böhran müşahidə olunmaqdadır.

DİGƏR XƏBƏRLƏR

Top