Türkiyəli mühəndislər tərəfindən istehsal edilən lazer silahı sınaqdan keçirilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, "ARMOL" adlı yeni lazer silahı testlərdən uğurla keçərək Türk Silahlı Qüvvələrinin arsenalına daxil olub. Lazer silahının sınaq görüntülərində polad lövhəni deşdiyi, əllə quraşdırılan partlayıcı maddələri zərərsizləşdirdiyi, uçan pilotsuz təyyarəni vuraraq yararsız hala saldığı görülür. Türkiyə Sənaye və Texnologiya Nazirliyindən edilən açıqlamada "ARMOL"un türk mühəndislər tərəfindən hazırlanan milli silah olduğu bildirilib.