Tərtərdə “Babək 44” taborunun keçmiş döyüşçüləri ilə görüş keçirilib - VİDEO


Tərtərdə “Babək 44” taborunun keçmiş döyüşçüləri ilə görüş keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu münasibətlə Tərtər rayonunda keçirilən tədbirdə iştirakçılar Tərtərdəki "Şəhidlər" abidə kompleksini, Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucov və Elman Hüseynovun büstlərini, həmçinin ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tərtər rayon Mədəniyyət Mərkəzində “Babək 44” taboru haqqında çəkilmiş filmin təqdimatı olub.
Tədbir iştitirakçıları N saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüşüblər. Xidmətdə fərqlənən hərbi qulluqçulara və "Babək 44" taborunun keçmiş döyüşçülərinə fəxri fərman və hədiyyələr təqdim olunub.
"Babək 44" taborunun keçmiş döyüşçüləri ön xəttə gedərək, səngərdə xidmət edən əsgər və zabitlərlə də görüşüblər.
Qeyd edək ki, 1992-ci ildə yaradılmış 703 saylı hərbi hissənin tərkibində fəaliyyət göstərmiş “Babək 44” taboru ən qızğın döyüşlərdə göstərdiyi rəşadət və qəhrəmanlıqla seçilib. Tabor 400 nəfərə qədər əsgər və zabitdən formalaşıb. Döyüşlərdə 174 şəhid və itkin verib. Taborun döyüşçülərindən ikisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, yeddi nəfər “Azərbaycan Bayrağı” ordeni, iki nəfər isə "Hərbi Xidmətlərə görə" medalı ilə təltif edilib.

Esmira Hidayətova, Tərtər

DİGƏR XƏBƏRLƏR

Top