Türkiyədə derbi cinayəti - ANBAAN VİDEO


Türkiyədə "Qalatasaray" - "Fənərbağça" oyunu səbəbilə cinayət işlənib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" - "Fənərbağça" derbisindən sonra iki fanat arasında mübahisə başlayıb. Qısa müddətdən sonra böyüyən mübahisə davaya çevrilib. Ətrafdakı adamlar hər ikisini sakitləşdirərək evlərinə göndərib ancaq, gənclər bir neçə saat sonra zəngləşərək yenidən görüşüblər. Onlardan biri görüş yerinə çatan anda tapanca ilə dava etdiyi şəxsə iki dəfə atəş açır ancaq, qarşıdakı adamı vura bilmir. Bunu fürsət bilən gənc özü ilə gətirdiyi bıçaqla hücum edərək mübahisə etdiyi şəxsi hadisə yerində qətlə yetirib. Vəfat edən şəxsin yaxınları hadisə yerinə gələrək dəhşətli anlar yaşayıblar. Hadisə anbaan təhlükəsizlik kameraları tərədindən qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top