Bakıda 47 yaşlı kişi ÖLDÜRÜLDÜ


Bakıda qətl törədilib.

Suraxanı rayonu, Bülbülə qəsəbəsi 3-cü Mədən küçəsi 42 nömrəli evdə yaşayan 1968-ci il təvəllüdlü Aqşin Quliyev öz mənzilində tanışı, 1972-ci il təvəllüdlü İlham Həşimovu qısqanclıq zəminində öldürüb.

O, əvvəlcə şüşə qabla İ. Həşimovun başına vurub, daha sonra bıçaqla boğaz, qarın nahiyələrinə çoxsaylı zərbə yetirib. 

A. Quliyev hadisə yerində qaçıb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. (APA)

DİGƏR XƏBƏRLƏR

Top