Jeton üstündə adamı güllələdilər


Türkiyədə bir nəfər parkda qızının yanında tapanca ilə vurularaq öldürülüb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, 34 yaşlı bir şəxs qızı ilə parka gedib. Bir az gəzdikdən sonra jeton alaraq oyun aparatlarından istifadə etmək istəyiblər. Qısa müddət sonra adi səbəbdən park işçilərindən biri ilə jeton üstündə mübahisə başlayıb. Mübahisənin böyüməsilə park işçisi silahını çıxararaq qarşısındakı şəxsə qızının gözləri önündə atəş açıb. Hadisə yerinə təcili yardım maşını çağırılıb və yaralı xəstəxanaya çatdırılıb. Xəstə, bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top