Səudiyyə Ərəbistanı şahzadəsi: Neft qiymətləri hədsiz artacaq


"Neftin qiyməti heç kimin görmədiyi qədər, xəyal belə edilə bilməyəcək rəqəmlərə qalxacaq".
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ABŞ-ın "CBS" telekanalına müsahibə verərkən deyib. O bildirib ki, bu hal, dünya dövlətləri İranın qarşısını almasa baş verə bilər: "Dünya İranın qarşısını almasa, belə addımları çox görəcəyik. Ehtiyatlarımız azalacaq və neftin qiyməti heç kimin görmədiyi qədər, xəyal belə edilə bilməyəcək rəqəmlərə qalxacaq".
Vəliəhd şahzadə həmçinin sentyabrın 14-də Səudiyyə Ərəbistanına məxsus "Armaco" neft şirkətinin müəssisələrində törədilən hücumların İran tərəfindən həyata keçirildiyini iddia edib.
Türkiyədə öldürülən Camal Qaşıqçı sui-qəsdində özünün təqsirkar olduğunu qəbul edən M. ibn Salman İranla sülhün tərəfdarı olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top