Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO

Əməkdar artist, dirijor Ziya Bağırov vəfat edib.
Bu barədə Əməkdar artist Nüşabə Ələsgərli sosial media hesabında məlumat verib.
Qeyd edək ki, mərhum sənətçi 1962-1972-ci illərdə Z. Bağırov Bakı Hərbi Mahnı və Rəqs ansamblında, 1972-1978-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində, 1978-1998-ci illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının F.Əmirov adına Mahnı və Rəqs ansanblında dirijor vəzifəsində çalışıb.
1962-ci ildən 1998-ci ilə qədər iş fəaliyyəti ilə bağlı bir çox xariсi ölkələrdə qastrol səfərlərində olan Z.Bağırov, bu səfərlər zamanı Azərbaycan mədəniyyətini təmsil edib. O, 1999-cu ildən etibarən isə Musiqili Komediya Teatrında çalışırdı.
Z.Bağırov 81 yaşında dünyasını dəyişib. (baku.ws)

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top