Maskalı şəxslər gəncin başını dizinə bağlayaraq kanala atıblar - VİDEO

Maskalı şəxslər gənc oğlanı döyərək kanala atıblar.
Yeniavaz.com xəzərxəbər-ə istinadən xəbər verir ki, hadisə Lənkəranın Ləj kəndində törədilib. 20 yaşlı Pərviz Köçəriyev axşam saatlarında ailəsinə məxsus örüş sahəsindən mal-qaranı gətirməyə gedib. Bir neçə saat sonra heyvanların evə Pərvizsiz gəldiyini görən atası ona bir neçə dəfə zəng etsə də, cavab verən olmayıb.
Oğlundan nigaran qalan ata dərhal örüş sahəsinə üz tutub. Evdən bir neçə kilometr aralıdakın sahədə Pərvizin gödəkçəsini tapıb. Özünü isə meşəlik ərazidəki kanalda aşkarlayıb.
Atası Pərvizin əl-ayağını açdıqdan sonra oraya çağrılan təcili tibbi yardım maşını ilə onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Ağır kəllə-beyin travması alan gənc bir neçə saatdan sonra ayılıb və üzünü görə bilmədiyi 3 nəfər maskalı şəxs tərəfindən döyüldüyünü deyib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top