Sürücülərə pis xəbər: qiymətlər qalxır - VİDEO

Bir müddət sonra soyuq, yağışlı havalar ölkəmizə qədəm qoyacaq. Belə olan halda yeni və keyfiyyətli avtomobil təkərlərinə ehtiyac yaranır. Sürücülərin sözlərinə görə, son dövrlər təkərlərin qiymətində bahalaşma müşahidə edilir. Satıcılar isə bu iddialarla razılaşmırlar.
Yeniavaz.com xəzərxəbər-ə istinadla xəbər verir ki, bir çox sürücü son bir ay ərzində avtomobil təkərlərinin bahalaşdığını iddia edir. Onların sözlərinə görə, qiymətlər 20 faiz ətrafında qalxıb.
Satıcılar isə bu iddiaları qəbul etmirlər. Onlar deyirlər ki, qiymətdə heç bir dəyişiklik yoxdur. Hətta idxal zamanı mal əvvəlki aylarla müqayisədə baha başa gəlsə də, müştəri itirməmək üçün qiyməti stabil saxlayıblar.
Satıcıların sözlərinə görə, təkərlərin qiyməti istehsal olunduğu ölkədən və ölçüdən asılı olaraq dəyişir.
Satıcılar deyirlər ki, havalar soyumadığına görə qış təkərlərini hələ satışa çıxarmayıblar.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top