Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə Qızıltorpaq kəndində baş verib.
Belə ki, 1934-cü il təvəllüdlü Söhbət İbrahım qızı Rəhimova mal-qaranı otlağa aparan zaman "VAZ" markalı avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Tətbiqimizi yükləyə bilərsiniz