Bakıda SOCAR əməkdaşları ilə Qarabağ əlilləri arasında kütləvi dava baş verib


Bakıda Qarabağ əlilləri ilə SOCAR əməkdaşları arasında kütləvi dava baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "yenisabah"a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verib. O, bildirib ki, hadisə sentyabrın 29-da Biləcəri qəsəbəsində baş verib. 
“Yaxın saatlarda bunla bağlı ətraflı məlumat yayılacaq. Faktla bağlı 43-cü polis bölməsində tədqiqat araşdırmaları aparılır. Tərəflər bölməyə dəvət olunaraq izahat alınıb. Hadisənin təfərrüatları araşdırılır”.
Bildirək ki, sosial şəbəkələrdə baş vemiş davanın videosu yayılıb. Videoda tərəflər bir-birlərini vurur və söyüşlər səsləndirirlər. 
İşlədilən nalayiq ifadələrə görə videonu təqdim edə bilmirik.

DİGƏR XƏBƏRLƏR

Top