Qaxda 12 yaşlı qızı sahibsiz it dişləyib

Sentyabrın 28-i axşam saatlarında Qax şəhəri N.Hikmət küçəsi, ev 14 ünvanında yaşayan, 2007-ci il təvəllüdlü Aytən Adil qızı Məmmədovaya küçədə sahibsiz it hücum edib.
Yeniavaz.com
 xəbər verir ki, o, dərhal Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Müayinə zamanı məlum olub ki, A.Məmmədovaya küçədə it onun sol ayağından dişləyib. A.Məmmədovaya lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top