Bakıda döyülən sahə rəisi xəstəxanada öldü

Xətai rayonunda döyülən şəxs xəstəxanada ölüb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Xətai rayonu, Telnov küçəsi 18, ev 152-də qeydiyyatda olan 1968-ci il təvəllüdlü Piriyev Bağır Bağman oğlu Zığ şossesində “Zeytun bağlarında” tanımadığı şəxs tərəfindən döyülüb.
O, ağır kəllə-beyin travması alaraq 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. B.Piriyev müayinə olunan zaman infarkt keçirərək ölüb.
Qeyd edək ki, B.Piriyev Abşeron “Zeytun” Məhdud Məsuliyyətli Cəmiyyətin sahə rəisi idi. O, iş başında olarkən döyülüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top