Bakı sakini yük avtomobilinin altında qalaraq ölüb


Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Hadisə Binəqədi şossesində baş verib.

Belə ki, 1975-ci il təvəllüdlü Allahverdiyeva Zərxanım Ənvər qızı piyada keçidindən keçən zaman “KamAz” markalı yük avtomobili onun üzərindən keçib. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.//APA

DİGƏR XƏBƏRLƏR

Top