Rusiyanın xalq artisti həkimi bıçaqladı


Rusiyanın xalq artisti, teatr direktoru və müəllim Leonid Xeyfets təcili yardım həkiminə bıçaqla hücum edib.

Bu barədə “112 Telegram” kanalı məlumat yayıb.

Kanal mənbələrinin verdiyi məlumata görə, Xeyfets küçəyə qaçmaq istəyərkən həyat yoldaşı onun qarşısını almağa çalışıb.

Bu zaman çağırılan təcili tibbi yardım özünü çatdırıb.

Rejissor pilləkəndə olan tibb işçisinə hücum edib. Hücumun səbəbinin kəskin psixoz olduğu güman edilir.

Bildirilir ki, sağ budundan bıçaqlanan həkim xəstəxanaya yerləşdirilib.

REN TV-nin məlumatına görə, həkim pilləkəndə direktorun təzyiqini ölçməyə çalışıb və hadisə də həmin vaxt baş verib.(virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top