Bakıda yol polislərini təhqir edən müğənni həbs olundu - FOTO


Bu gün saat 11:10 radələrində Nizami rayonu, Nəsimi küçəsində “STOP” nişanının tələblərini pozan sürücü yol polisləri tərəfindən saxlanılıb.

Yeniavaz.com avtosfer.az xəbər verir ki, 99 YP 378 dövlət nömrə nişanlı YPX avtomobili ilə xidmət aparan əməkdaşlar - Samir Elmanov və Nüsrət Səfərov sürücüyə qayda pozuntusunu izah edərək sənədlərini tələb edib.

Lakin 99 PB 494 dövlət nömrə nişanlı, “Chevrolet Malibu” markalı avtomobili idarə edən Xəyal Qasımzadə heç bir sənəd təqdim etməyib. O, yol polisləri ilə əvvəlcə mübahisə edib. Özünü “Şeron” qrupunun keçmiş üzvü kimi təqdim edən sürücü tanınmış şəxs olduğunu bildirərək yol polislərinə “ona heç nə edə bilməyəcəklərini” deyib.

Ardınca YPX əməkdaşlarını təhqir edən Xəyal Qasımzadə səs-küy salaraq təhqiramiz ifadələr işlədib. Bununla kifayətlənməyən sürücü yol polisinə hücum edərək əl-qol hərəkətləri edib. 
Lakin YPX əməkdaşları əraziyə Post-patrul xidmətinin əməkdaşlarını dəvət edərək, sürücünü 25-ci Polis Bölməsinə təhvil veriblər.

Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə təqdim olunub. Polisə tabesizlik göstərən, ictimai asayişi pozan sürücü Xəyal Qasımzadə barəsində məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs tədbiri seçilib.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top