Biləsuvarda məişət tullantıları su kanalına axıdılır - VİDEO


Biləsuvarda məişət tullantıları su kanalına atılır. Bu səbəbdən də kanal zibil polionuna çevrilib. Suyun çirkliliyi səbəbindən kanaldakı xeyli balıq ölərək üzə çıxıb.

Sakinlərin sözlərinə görə, kanalın suyundan əvvəllərəkin sahələrinin suvarılması və heyvanların içməsi üçün istifadə etsələr də, indi mümkün deyil.

Hətta suyun çirkliliyi səbəbindən kanaldakı xeyli balıq ölərək üzə çıxıb. Bu kadrlar da sakinlər tərəfindən çəkilib.

Məsələ ilə bağlı Xırmandalı Kənd Bələdiyyəsindən bildirilib ki, su kanalına məişət tullantılarını kənd sakinləri atır. Dəfələrlə xəbərdarlıq edilməsinə və təmizlənməsinə baxmayaraq bu hal davam edir. Yaxın günlərdə kanal yenidən təmizlənəcək.


(XəzərTv)

DİGƏR XƏBƏRLƏR

Top