"Neftçi" Qəbələdən qələbə ilə qayıdır

 


Azərbaycan Premyer Liqasında VI tur davam edir.

İkinci oyun günündə bir matç keçirilib.

Turnir cədvəlinin aşağı pillələrində qonşu olan komandaların duelində “Qəbələ” “Neftçi”ni sınağa çəkib. Paytaxt təmsilçisinin üstünlüyü ilə keçən matçın ilk yarısı qolsuz başa çatıb.

“Ağ-qaralar” ikinci hissədə meydan sahiblərinin müqavimətini qıra bilib. Tural Axundovun təxminən 35 metrdən endirdiyi zərbə qapıçı üçün qarşısıalınmaz olub. Hissənin ortalarında oyuna sonradan daxil olan Rauf Əliyev “Neftçi”nin ikinci qoluna imza atıb. Matçda son nöqtəni isə Stiven Monroz qoyub.

Qeyd edək ki, turun ilk günündə “Qarabağ” “Sumqayıt” üzərində iki cavabsız qolla qələbə qazanıb. Digər iki matç - “Keşlə” – “Zirə” və “Sabah” – “Səbail” görüşləri sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası

VI tur

28 sentyabr (şənbə)

“Qəbələ” – “Neftçi” – 0:3

Qollar: Tural Axundov, 60, Rauf Əliyev, 72, Stiven Monroz, 89
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Eyyub İbrahimov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli

Qəbələ şəhər stadionu, 17:00
 

1

Qarabağ

6

6

0

0

15-1

18

2

Səbail

5

3

1

1

7-6

10

3

Neftçi

6

2

2

2

6-5

8

4

Keşlə

5

2

1

2

6-3

7

5

Zirə

5

2

1

2

5-6

7

6

Sumqayıt

6

2

0

4

5-9

6

7

Qəbələ

6

1

1

4

2-13

4

8

Sabah

5

0

2

3

2-5

2

Bombardirlər: İsmayıl İbrahimli ("Qarabağ"), Mehdi Şərifi ("Sumqayıt"), Lorenzo Frutos ("Keşlə"), Mirabdulla Abbasov ("Səbail") - 3 qol.
APA

DİGƏR XƏBƏRLƏR

Top