Canlı yayımda mübahisə - aparıcı nə edəcəyini bilmədi - VİDEO


Türkiyənin Haber Türk televiziyasının canlı yayımında hüquqşünas ilə jurnalist arasında mübahisə düşüb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Haber Türk televiziyasının canlı yayım qonağı olan hüquqşünasın sözləri ortalığı qarışdırıb.

Hüquqşünas bildirib ki, Suriyada təhlükəsiz bölgə təşkil edildikdən sonra Türkiyədə yaşayan suriyalı mühacirlərin hamısı göndərilməlidir.

Bu sözləri eşidən qonaqlardan biri jurnalist Nagehan Alçı ilə mübahisəyə etməyə başlayıb.

Aparıcı mübahisəni bitirmək üçün çalışsa da buna nail ola bilməyib və verilişə reklam fasiləsi verilib.

DİGƏR XƏBƏRLƏR

Top