Türkiyədə gəncin itələdiyi qız lift boşluğuna düşüb - Anbaan VİDEO


Türkiyənin Konya şəhərində qızla oğlanın mübahisəsi dəhşətli hadisə ilə sonlanıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Konyada bir nəfər hələlik bilinməyən səbəbdən liftin qarşısında tanıdığı xanımla mübahisə etməyə başlayıb. Özünü idarə edə bilməyən gənc, eyni universitetdə işlədiyi qadını itələməyə başlayıb. Bu vaxt qadın müvazinətini itirərək liftin qapısına çırpılıb. Həmin vaxt isə arzuolunmaz bir hadisə baş verib. Liftin qapısı açılıb və qız boşluğa düşərək ağır xəsarət alıb. Çox nadir hallarda baş verə biləcək hadisəni görən adam həmin anları dəhşətlə izləyib. Bədəninin müxtəlif yerlərində sınıqlar əmələ gələn xanımın vəziyyətinin orta olduğu bildirilib. Mübahisə etdiyi gənc isə həbs edilib. Dəhşətli hadisə binanın təhlükəsizlik kameraları tərəfidən qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top