258 gün xəstəxanada qalan şoumen: “Günahkar qadınlardır” - VİDEO


258 gün xəstəxanada qalan türkiyəli şoumen Mehmet Ali Erbil ilk dəfə canlı yayıma çıxıb.
Yeniavaz.com türkiyə mətbuatına istinadən xəbər verir ki, şoumen “Kanal D”də yayımlanan “Müge ve Gülşenle 2 sayfa” verilişinin qonağı olub. Sənətçi veriliş boyu yaşadığı ağır günlərdən danışıb:
“Dostlarımın duaları mənə kömək oldu. Bacım, birinci, ikinci, dördüncü həyat yoldaşım, qızım bir gün belə yanımdan ayrılmadılar. Onlara çox şey borcluyam. Çox şanslıyam ki, həmin ərəfəni xatırlamıram. Nələr yaşamışam bilmirəm. Film kimidir”.
M.A.Erbil eyni zamanda başına gələnlərdə qızların günahı olduğunu vurğulayıb: “Reanimasiyadan çıxıb, digər otağa keçəndə heç bir yerim hərəkət etmirdi. Sadəcə dilim hərəkət edirdi. Həmin an Allaha yalvardım ki, heç olmasa əlimi mənə bağışla. İlk barmağım tərpədəndə, Allaha şükür etdim. İndi bir az sol ayağımda narahatlıq var, amma həkimlər zamanla yeriyəcəyimi deyir. Yenə başıma nə gəldisə, qadınlar ucbatından gəldi. Qızlarla görüşməyə gedirdim, vanna qəbul etdim. Vannadan çıxarkən, ayağım sürüşdü yıxıldım”.
Yeniavaz.com sözügedən videonu təqdim edir:

DİGƏR XƏBƏRLƏR

Top