"Reuters" açıqladı: AKP-dən çox vacib üzvlər istefa edəcək


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının(AKP) İstanbul və Ankarada bələdiyyə seçkilərində məğlub olması, istefalar, keçmiş AKP-lilərin ayrılaraq yeni partiya qurmasına diqqət çəkən "Reuters" AKP barədə maraqlı analizlər edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası təxminən 17 illik hakimiyyətdən sonra ilk dəfə bu qədər zəifləməyə başlayıb. AKP-nin üzvlərinin sayı  son 1 ildə 840 min nəfər azalıb. Xüsusilə keçmiş baş nazir Əhməd Davudoğlu və millət vəkili Əli Babacan və bir çox vacib şəxslərin istefası AKP-yə şok təsir göstərdi. "Reuters" tərəfindən edilən analizdə Əhməd Davudoğlu və Əli Babacanın partiya qurmasından sonra AKP-də daha çox istefaların yaşanacağı ehtimal edilir. Bəhs edilən xəbər agentliyi həmçinin bildirib ki, inflyasiya, türk lirəsinin(TL) dəyərinin azalması, suriyalılar məsələsi, iqtisadiyyatın zəifləməsi AKP-nin seçkilərdə səs itirməsinə də səbəb olacaq.

DİGƏR XƏBƏRLƏR

Top