Turistlər Azərbaycanda nə qədər pul xərcləyiblər? - MƏBLƏĞ


Bu ilin yanvar-avqust aylarında  Azərbaycana dünyanın 190 ölkəsindən 2 milyon 138,7 min və ya 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 8,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin avqust ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 13,2% artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 137,4 milyon manat təşkil edib.
Ümumilikdə isə 2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri  862,9 milyon manat təşkil edib.
Bu ilin ilk 8 ayında Azərbaycana gələn xarici vətəndaşların hər biri orta hesabla bank kartları vasitəsi 403 manat pul xərcləyib.
 
 
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top