Ən çox hansı ölkələrə məhsul satırıq? - SİYAHI


Bu ilin yanvar-avqust ayları ərzində ölkəmizin ixracı 13,5 milyard dollar təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 633 milyon  dolları və ya 5%  artıb.
Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 277 milyon  dollar dəyərində ixrac həyata keçirilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 8 ayında qeyri-neft sektoru üzrə ixrac 184 milyon dolları və ya 17% artıb.
Bu ilin yanvar-avqust ayları ərzində Rusiyaya 427,1 milyon, Türkiyəyə 278,6 milyon, İsveçrəyə 111,5 milyon, Gürcüstana 110,4  milyon və İtaliyaya 33,5 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 8 ayında Rusiyaya qeyri-neft ixracı 14%, Türkiyəyə 12%,  İsveçrəyə 21%, Gürcüstana 25% və İtaliyaya 2,4 dəfə artıb. Eyni zamanda qeyri-neft sektoru üzrə ixracın dəyərində Rusiyaya (33,4%), Türkiyəyə (21,8%), İsveçrəyə (8,7 %), Gürcüstana (8,7%) və İtaliyaya (2,6% göndərilən malların payı üstünlük təşkil edib.
 
 

DİGƏR XƏBƏRLƏR

Top