İTV-nin binasında baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB


“İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin inzibati binasında yanğın söndürülüb. Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və texnikası hadisə yerinə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

01.00
Bakının Yasamal rayonu Şərifzadə küçəsində, İctimai Televiziyanın yerləşdiyi binada yanğın baş verib.

Hadisə binanın 3-cü mərtəbəsindən başlayıb.

Genişlənən yanğın binanın yuxarı mərtəbələrində də müşahidə olunur. Yanğının nədən qaynaqlandığı hələlik məlum deyil.

İlkin məlumata görə, hadisə zamanı televiziyanın iki əməkdaşı tüstüdən zəhərlənərək xəsarət alıb. Onlara əraziyə cəlb olunmuş təcili tibbi yardım briqadaları tərəfindən yardım göstərilir.

Hazırda ərazidə yanğının söndürülməsi işləri aparılır. Hadisə yerinə FHN-in bir neçə yanğınsöndürən maşını cəlb olunub.//APA

DİGƏR XƏBƏRLƏR

Top