Azərbaycan nefti ucuzlaşmağa davam edir

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 26-da 64,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,2 dollar/barel azdır.

Yeniavaz.com xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,19 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62,15 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,14 dollar/barel azdır.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top