DİM qiymət artımı ilə bağlı iddialara cavab verdi


Ötən illə müqayisədə  11-ci siniflər üçün nəzərdə tutulan cəbr və həndəsə dərs vəsaitlərinin həm qiyməti yüksəkdir, həm də şagirdlərə ayrı-ayrılıqda təqdim olunması ilə bağlı məlumat yayılmışdı. Belə ki, keçən il cəbr və həndəsə vəsaitləri bütöv dərslik halında 15 manata satılması, bu il ayrı-ayrılıqda satılan cəbr və həndəsə dərs vəsaitlərinin qiyməti 11 manat 50 qəpik təşkil etməsi bildirilmişdi.
Dövlət İmtahan Mərkəzi (DİM) məsələyə münasibət bildirib.
"Yazıda qeyd olunan vəsaitlər Dövlət İmtahan Mərkəzinin nəşrlərinə aid deyil. Mərkəzin cəbr və həndəsəyə aid nəşrləri ayrıca kitabça şəklində çap edilmir. Bundan əlavə ötən il ilə müqayisədə DİM-ə aid vəsaitlərin qiymətində hər hansı bir dəyişiklik edilməyib. Əksinə bir neçə vəsaitin qiyməti daha da aşağı salınıb”-deyə açıqlamada deyilir.

DİGƏR XƏBƏRLƏR

Top