Bakıda bu marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdiriləcək


Bakıda bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mkrn.dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək olan istiqamətində tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək. Avtobuslar hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top