Yuxarı Şirvan kanalında suyun azalması suvarmada müəyyən problemlər yaradıb


Yuxarı Şirvan kanalında suyun azalması suvarmada müəyyən problemlər yaradıb.

11 rayonun kənd təsərrüfatı sahələrini suvarma suyu ilə təmin edən Yuxarı Şirvan Kanalının su ötürücülük prosesində çətinliklər yaranıb. Yevlax rayonunun Xanabad kəndində yerləşən və mənbəyini Mingəçevir su anbarından götürən Yuxarı Şirvan Kanalında suyun azalması yağıntıların az düşməsi ilə əlaqləndirilir.  Belə ki, 3400 metr məsafədən kanalın texniki istismar hissəsinə aparan əsas və köməkçi su kanalında suyun ümumi səviyyəsi 4- 5 metr aşağı düşüb. Bu da kanal boyu suvarma suyundan yararlanan  rayonların kənd təsərrüfatı sahələrinin müvəqqəti çətinliklə üz –üzə qoyub.
Yuxarı Şirvan Kanal İstismarı İdarəsinin baş mühəndisi Əliqulu Abbasov vəziyyətin son iki ay ərzində bu səviyyəyə düşdüyünü bildirib. Suyun səviyyəsinin düşməsi ilə əlaqədar idarə əməkdaşları kompleks tədbirlər həyata keçirir.
Havaların sabit keçməsi kanalda başlanılan işləri nəzərdə tutulan vaxtda başa çatdırmağa imkan verir.
Esmira Hidayətova, Yevlax.

DİGƏR XƏBƏRLƏR

Top