Elza Seyidcahan: “Zəlzələ olsun, restoranlar dağılsın” - VİDEO


Hər zaman şeirləri, açıqlamaları  ilə gündəmə gələn əməkdar artist Elza Seyidcahan ARB televiziyasında yayımlanan “Show news” verilişi vasitəsi ilə onun şeirlərini məsxərəyə qoyanlara cavab verib.
Yeniavaz.com xəbər verir ki, o, tənqidlərə baxmadığını yalnız sağlam tənqidlərə baxdığını bildirib: “Öncə inkişaf etmək lazımdır. Tənqid edənin savadı olmalıdır. Bizim savadlı tənqidçilərimiz var. Mən şou camiyəsindən deyiləm, sənət camiyəsindənəm. Ona görə onlar mənim haqqımda danışıb gündəmə gəlirlər”.
Əməkdar artist eyni zamanda gənc müğənnilərə qarşı da öz fikirlərini bildirib. Onun sözlərinə görə, belə gənclər musiqimizi məhv edir: “ Böyüyə-kiçiyə hörmət etməyənlər, musiqimizi məhv edənlər nə qədər bir yerə yığılsalar da mənim bir notuma belə toxuna bilməzlər. Onlara düzgün yol göstərmək lazımdır. Mən də bəzi həmkarlarım kimi bahalı hədiyyələr alıb onları tərifləyə bilərəm. Keyfiyyətli musiqi təqdim etmək lazımdır. Bahalı restoranlar tikib onların içərisində mikroblu musiqi yaymaqdansa, zəlzələ olsun restoranlar dağılsın”.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top