Paşinyanın malikanəsinin təmirinə 2 milyon dollar xərclənəcək

Ermənistanın Baş naziri Nikol Paşinyanın malikanəsinin təmir işlərinə 2 milyon ABŞ dolları məbləğində vəsait xərclənəcək. 
Yeniavaz.com xəbər verir ki, bu barədə APA “Hraparak” nəşrinə istinadən məlumat yayıb. 
Nəşrin yazdığına görə, əvvəllər sabiq prezident Serj Sarkisyanın yaşadığı malikanədə hazırda tam sürətlə əsaslı təmir-tikinti işləri aparılır. Demək olar ki, malikanənin dizaynı, otaqların yeri dəyişdirilib.
Qeyd olunub ki, malikanənin hazırkı vəziyyəti Paşinyan və ailəsini qane etmədiyindən, onlar orada yaşamaq istəmirlər. Təmir işlərinə isə 2 milyon ABŞ dolları həcmində vəsait sərf olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top