Azərbaycanlı iş adamına 1 milyonluq şantaj


Türkiyədə azərbaycanlı iş adamından şantaj yolu ilə 1 milyon dolar tələb edən ər və arvad həbs olunub.
Yeniavaz.com hurriyet.com.tr-yə istinadən xəbər verir ki, turizm sektorunda fəaliyyət göstərən azərbaycanlı iş adamı sentyabrın 23-də polisə müraciət edərək  beş ildir yanında çalışan şəxs tərəfindən intim görüntüləri ilə təhdid edildiyini deyib: “Bir milyon dollar verməsəm, həmin görüntüləri sosial şəbəkədə yayacaqlarını, ailəmə göndərəcəklərini və Azərbaycan mətbuatına verəcəklərini dedilər”.
Faktla bağlı başladılan araşdırma nəticəsində şübhəli şəxslər Özgür K. ilə həyat yoldaşı Esin K. Ərzurumda saxlanılıb.
İstanbula gətirilən şübhəlilər iş adamının onların müdiri olduğunu və onlara borclu olduğunu iddia edib.
Araşdırma zamanı ər-arvadın Gürcüstana qaçmaq istədiyi də müəyyənləşib.

DİGƏR XƏBƏRLƏR

Top