Rasim Balayev: “Saytlar adamı öldürüb ilk xəbər vermək üçün sino gedirlər” - VİDEO


Xəbər veriyimiz kimi ötən gün mediada Azərbaycanın xalq artisti Rasim Balayevin ayaqlarının tutulması ilə bağlı məlumat yayılmışdı. Mediada yayılan məlumatlardan narahat olan sənətçi bununla bağlı ARB TV-də yayımlanan “Elgizlə izlə” verlişinə açıqlamaq verib.
Belə ki, R.Balayev məlumatın yalan olduğunu bildirib:
“ Bu saytlara mən bilmirəm nə deyim. Hamısına aid etmirəm. Bir jurnalist mənə zəng etdi ki, sizdən müsahibə almaq istəyirəm. Məndə yaz-payız aylarında intensiv fizioterapiyaya gedirəm və ona dedim ki, indi müalicə olunuram bitsin sonra. Daha sonra dedim ki, hal-hazırda işləmirəm, yeni film yoxdur eyni sualları nə qədər vermək olar ona görə müsahibə vermirəm. Sonra eşitdim ki, haqqımda belə məlumat yayıblar. Bunlar adamı öldürüb ilk xəbər vermək üçün sino gedirlər”.
Sənətçi lazım gəlsə belə jurnalistəri məhkəməyə də verə biləcəyini qeyd edib.
Yeniavaz.com sözügedən videonu təqdim edir:

DİGƏR XƏBƏRLƏR

Top