Qayınatasını beşbarmaqla döyən beşqat dünya çempionunun cəzası 3 il artırıldı

Bakı Apelyasiya Məhkəməsində kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidovun barəsindəki  hökmdən verilən apelyasiya şikayətləri və apelyasiya protesti ilə bağlı ilkin baxış iclası keçirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar élan olunub. Qərara əsasən onun cəzası 6 il 6 aya qaldırılıb.
Qeyd edək ki, qayınatası Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirləndirilən E.Məcidov Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Məcidov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti, zərərçəkmişlər və E.Məcidov isə apelyasiya şikayəti verib.
Xatırladaq ki, "Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri olan E.Məcidov kikboksinq üzrə beşqat dünya çempionudur.

DİGƏR XƏBƏRLƏR

Top