“İntuş” kassasiya şikayətini geri götürdü - 13 azyaşlı qızı əxlaqsızlığa cəlb edib

Ali Məhkəmədə yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmədə təqsirləndirilən “İntuş” ləqəbli stilist İntizam Yusifovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib. 
Yeniavaz.com
oxu.az-a istinadən xəbər verir ki, Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Bildirilib ki, İ.Yusifov kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib. 
Ali Məhkəmə onun müraciətini təmin edib. 
İttihama görə, İ.Yusifov yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etdiyi üçün həbs edilib. 
Cinayət işində 13 nəfər azyaşlı qız zərərçəkmiş qismində tanınır.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ.Yusifov dörd il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkun apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi onun şikayəti təmin etməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. İ.Yusifov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top