Türkiyənin İstanbul şəhərində baş verən dəhşətli zəlzələ vaxtı bir fabrik işçisinin qeyri-adi addımı gündəm olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda 5,8 bal gücündə şiddətli zəlzələ vaxtı bir işçi fabrikdəki cihazları aşmaması üçün saxlamağa başlayıb. Güclü zəlzələ və qaçan insanlara baxmadan özünü təhlükəyə atan həmin şəxs iş yeri tərəfindən mükafatlandırılıb. Həyatını heçə sayan adama ayın ayın maaşı əlavə verilib. Həmin anlar təhlükəsizlik kameraları tərəfindən qeyd edilib.