Bakıda qəzaya uğrayan sürücünü döydülər - VİDEO


Nərimanov rayonunda 2 nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var.

Hadisə Həsən Əliyev küçəsi ilə Mirəli Qaşqay küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, Həsənov Rəşad Rafiq oğlu idarə etdiyi "BMW" markalı avtomobillə Mirəli Qaşqay küçəsinə dönmək istəyərkən "Lada Priora" markalı nəqliyyat vasitəsi ona çırpılıb.

Daha sonra R.Həsənov "Lada"-dakı sürücü və sərnişinlər tərəfindən döyülüb. Hadisəni törədən şəxslər ərazidən uzaqlaşıb.

Döyülən sürücü ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanılıb.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top