Mingəçevirdə “Range Rover” səkiyə çırpıldı


Mingəçevirdə yol qəza hadisəsi qeydə alınıb.

Yeniavaz.com xəbər verir ki, Heydər Əliyev prospektində idarəetməni itirən “Range Rover” markalı minik avtomobili yoldan çıxaraq səkiyə çırpılıb.

İlkin məlumata görə, qəzaya hərəkətdə olan “Range Rover”in qarşına qəfil piyadanın çıxması səbəb olub.

Sürücü toqquşmadan yayınmaq istəyərkən idarəetməni itirib və qəza baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top