Mingəçevirdə eyni qızı sevənlər arasında bıçaqlaşma olub

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, hadisə şəhərin məcburi köçkünlərin məskunlaşdığı ərazidə qeydə alınıb.
Ağdam rayon məcburi köçkünü 23 yaşlı Şikar Məmmədov həmyerlisi tərəfindən bıçaqlanıb. Hər ikisinin eyni qızı sevməsi onlar arasında mübahisəyə səbəb olub.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top