Ermənistan polisinin keçmiş rəhbərinə ittiham elan edildi - növbə Serj Sərkisyana çatır


Ermənistan polisinin keçmiş rəhbəri Alik Sarkisyana ittiham elan olunub və barəsində cinayət işi qaldırılıb.

Sabiq polis şefi 2008-ci ilin 1-2 mart hadisələri ilə bağlı faktları gizlətməkdə günahlandırılır. Ermənistanın xüsusi istintaq komitəsi bununla bağlı rəsmi açıqlamanda bildirib.

A.Sarkisyan 2008-ci ilin mayında polis rəisi təyin olunsa da, ittihamlardan yaxa qurtara bilməyib. Aydın olub ki, o, 1-2 mart hadisələrini ört-basdır edərkən Gevorq Konstanyan və Gevorq Mqeryanla əlbir olub. Konstanyan həmin hadisələrədək Ermənistan hökumətinin Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi olub, 2 iyul 2008-ci ildən etibarən prezident köməkçisi işləyib. Öz növbəsində Mqeryan həmin tarixədək prezident köməkçisi olub, 2 iyuldan isə ölkə polisinin rəhbərinin müavini vəzifəsində çalışıb.

Belə görünür ki, həbs dalğası eks-prezident Serj Sərkisyana doğru yayılmağa başlayır. Çünki artıq Sərkisyanın komandasının üzvləri ittiham olunmağa başlayıb. Görünür, Paşinyan R.Köçəryanın ardınca Qarabağ klanının digər üzvü S.Sərksiyanı da dəmir barmaqlıqlar arasına atmağa hazırlaşır.//musavat.com

DİGƏR XƏBƏRLƏR

Top