Beş nəfər dəm qazından zəhərlənib


Dəm qazından zəhərlənmə ilə bağlı olaraq beş nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə müraciət edib.

Yeniavaz.com xəbər verir ki, bunu oxu.az-a açıqlamasında şöbənin baş həkimi Azər Maqsudov deyib.

Onun sözlərinə görə, müraciət edənlərin hamısı yüngül zəhərlənmə ilə ggətirilib:

“Ciddi bir şey yox idi. Klinikaya qəbul olunmadan evə buraxıldılar. Əhmədlidən gətirilən xəstə isə digərlərinə nisbətən daha ağır idi”.

Azər Maqsudov əlavə edib ki, dəm qazı ilə bağlı müraciət edənlərin sayında hələlik artım yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top